Binəqədi
Binəqədidə obyekt YANIR
Paytaxtın Binəqədi rayonu, Binəqədi-Novxanı-Mehdiabad yolunda yerləşən obyektdə yanğın başlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. Əlavə məlumat veriləcək.
Biləcəridə hoteldə meyit tapılıb
Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən hoteldə meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 18-də baş verib. Hoteldə Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü İ.İbrahimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı otaqda tapılıb. Araşdırma aparılır.
Binəqədidə civə satmaq istəyənlər saxlanılıblar
Binəqədi rayonunda civə satmaq istəyən şəxslər saxlanılıblar. Canlixeber.com xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinə naməlum şəxslərin satışı qadağan edilən zəhərli kimyəvi maddə hesab olunan civəni satmaq istəmələri barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlərlə nəticəsində həmin şəxslər – İ.Yusifov və M.Babayev polis əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan ümumilikdə 970 qram ağır metal olan civə […]
Bakıda motosikletinin təmiri üçün eyni markalı motosikleti oğurlayan şəxs saxlanılıb
Binəqədi rayonu ərazisində yerləşən hotelin qarşısından “Vajaj-Pulfa” markalı motosiklet oğurlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə zərərçəkən polisə müraciət edib. Binəqədi RPİ 5-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı R.Məmmədli motosikletlə birgə saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs ona məxsus olan eyni markalı motosikleti təmir etmək üçün otelin […]
Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında fasilə yaranacaq
Bu gün Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Məlumata görə, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar 05.06.2026-ci il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Binəqədi və M. Ə. Rəsulzadə qəsəbələrinin, Mədən ərazisinin, Baksol yolunun, Binəqədi şosesinin qaz təchizatında qısamüddətli fasilə […]
