Bakı Dövlət Universiteti
BDU-nun professoru vəfat etdi
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının professoru, tarix elmləri doktoru Əmrah Dadaşov vəfat edib. Canlixeber.com xəbər verir ki, mərhum 87 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, uzun illər fakültədə qiyabi təhsil üzrə dekan müavini olub. 2006-cı ildə professor elmi adı alıb.
Azərbaycanda baş müəllim VƏFAT ETDİ
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi Vaqif Nəbiyev vəfat edib. Canlixeber.com xəbər verir ki, o, 79 yaşında dünyasını dəyişib. Belə ki, Vaqif Nəbiyev 1999-cu ildən Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi olub.
Nazir Mirzə Mirzəyevə VƏZİFƏ VERDİ
Bakı Dövlət Universitetinə (BDU) yeni prorektor təyin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Mirzə Mirzəyev BDU-nun maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsinə gətirilib. O, son təyinatadək BDU rektorunun maliyyə və inzibati məsələlər üzrə müşaviri vəzifəsində çalışıb. Qeyd edək ki, bundan əvvəl həmin vəzifədə Nəbi […]
Azərbaycanda ilk dəfə 3 universitet TOP 800-ə daxil olub
“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyi tərəfindən “QS dünya universitetləri reytinqi”nin nəticələri açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, nəticələrə əsasən, ölkə tarixində ilk dəfə 3 universitetimiz sözügedən reytinqin TOP 800-lüyündə yer alıb. Eyni zamanda TOP 1000-də təmsil olunan universitetlərimizin sayı 6-dan 7-yə yüksəlib. Ümumilikdə isə reytinqdə […]
Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi
Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. Oxu.Az-ın məlumatına görə, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciət edib. Təcili tibbi yardım avtomobilində pasiyentin döş qəfəsində güclü ağrı, arterial təzyiqin enməsi və ürək döyüntülərinin sürətlənməsi müşahidə olunub. Hospitala çatdırılarkən xəstənin ürəyi dayanıb. Dərhal təxirəsalınmaz tibbi […]
