1 min read

Azərbaycan Atletika Federasiyasının məşqçisi 36 yaşında vəfat edib

Azərbaycan Atletika Federasiyasının (AAF) atmalar üzrə məşqçisi və təlimçisi Tofiq Məmmədov vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə AAF-ın mətbuat xidmətindən məlumat verilib. Mütəxəssis 36 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Federasiya mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, ona Allahdan rəhmət diləyib.