1 min read

Akademik Pərviz Məmmədov vəfat edib

Geofizik alim, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, professor Pərviz Ziya oğlu Məmmədov 89 yaşında vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti məlumat yayıb. Qeyd edək ki, Pərviz Məmmədov 12 yanvar 1937-ci ildə Bakı şəhərində anadan olub. 1959-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis-geofizik ixtisası üzrə bitirib. […]