1 min read

Aǧcabədidə əkin sahəsini yandıran şəxs saxlanıldı

Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. bildirilib ki, araşdırmalarla yanğının rayon sakini A.Xəlilov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 70 sot əkin sahəsi yanıb. Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb