Şəmkirdə kişi sükan arxasında ÖLDÜ
Şəmkirdə kişi sükan arxasında ölüb.
Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Şəmkir şəhər sakini 58 yaşlı Natiq Əlirza oğlu Əsgərov idarə etdiyi “VAZ-21074” markalı avtomobildə ürək çatışmazlığından ölüb.
Nəticədə nəqliyyat vasitəsi səkinin üzərinə çıxıb.
