Şəmkirdə dəhşət: 14 yaşlı yeniyetmə faciəli şəkildə öldü
1 min read

Şəmkirdə dəhşət: 14 yaşlı yeniyetmə faciəli şəkildə öldü

Şəmkir rayonunda 14 yaşlı uşaq faciəli şəkildə ölüb.

Canlixeber.com xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Dağ Daşbulaq kəndində baş verib.

Kənd sakini 2012-ci il təvəllüdlü E.Cəfərov güllə yarasından ölüb. İlkin ehtimala görə, azyaşlı evdə olan qoşalülə ov tüfəngi ilə ehtiyatsız davranıb və nəticədə güllə yarasından dünyasını dəyişib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər. Hadisənin baş vermə səbəbləri araşdırılır.