Şəmkirdə divar uçdu, bir nəfər öldü
1 min read

Şəmkirdə divar uçdu, bir nəfər öldü

Şəmkirdə bədbəxt hadisə baş verib.

Canlixeber.com Lent.az-a istinadla əbər verir ki, hadisə rayonun Yeni Yol kəndində qeydə alınıb.

Bildirilib ki, sözügedən kənddə vətəndaş ona məxsus evin həyətində quyu tikən zaman torpaq tikilmiş divar uçub.

Nəticədə iki nəfər uçmuş mişar daşlarının altında qalıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilas-ediciləri cəlb edilib.

Bir nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər şəxs isə huşsuz vəziyyətdədir və hazırda onun xilas edilməsi istiqamətində xilasedicilər tərəfindən tədbirlər həyata keçirilir.

Həmin şəxslərin kimlikləri dəqiqləşdirilir.Faktla bağlı araşdırma aparılır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *