Şəmkirdə 50 yaşlı kişi faciəli şəkildə öldü
1 min read

Şəmkirdə 50 yaşlı kişi faciəli şəkildə öldü

Şəmkir şəhərində 50 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Rayon sakini 1976-cı il təvəllüdlü Səbuhi Rüstəmov dünən saat 12 radələrində yaşadığı evin həyətində 4 metr hündürlüyündə olan su çənini təmizləyərkən ehtiyatsızlıqdan yıxılıb. S.Rüstəmov aldığı xəsarətdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.