Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Canlixeber.com xəbər verir ki, hərəkətdə olan “Hyundai” markalı minik avtomobili yolu keçmək istəyən kişini vurub.
Nəticədə o aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Qəzanın başvermə səbəbləri araşdırılır.
