Sumqayıtda 61 yaşlı kişi avtomobilində vəfat etdi
Sumqayıtda 61 yaşlı kişi avtomobildə qəflətən dünyasını dəyişib.
Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Qurd dərəsi ərazisində qeydə alınıb.
Belə ki,1965-ci il təvəllüdlü Bayramov Çingiz Həmdulla oğlu özünə məxsus “BYD” markalı avtomobili idarə edərkən qəflətən halı pisləşib və vəfat edib.
Onun ölüm səbəbi araşdırılır.
