“Sumqayıt” ilk yoxlama oyununda “Qəbələ” ilə qarşılaşacaq
1 min read

“Sumqayıt” ilk yoxlama oyununda “Qəbələ” ilə qarşılaşacaq

Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə hazırlaşan “Sumqayıt” iyulun 19-da ilk yoxlama oyununu keçirəcək.

Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Portuqaliyalı mütəxəssis Filipe Kandidonun rəhbərlik etdiyi komanda “Qəbələ” ilə qarşılaşacaq.

Görüşə “SOCAR Polymer Arena”da, saat 18:00-da start veriləcək.