Sedrak Koçaryanın həbs müddəti daha iki ay uzadıldı
1 min read

Sedrak Koçaryanın həbs müddəti daha iki ay uzadıldı

Prokurorluğun vəsatətinin uzunmüddətli müzakirəsindən sonra məhkəmə Ermənistanın sabiq prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryanın həbs müddətini daha iki ay uzadıb.

Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, bu barədə onun vəkili Akop Kureqyan məlumat verib. Vəkil məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini vurğulayıb.

Sedrak Koçaryan özü isə məhkəmə iclasına gətirilməyib.