Şamaxıda sərnişin avtobusu çayın ortasında qaldı
1 min read

Şamaxıda sərnişin avtobusu çayın ortasında qaldı

Şamaxı rayonunda sərnişinləri daşıyan mikroavtobus çayın ortasında qalıb.

Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, hadisə bu gün baş verib.

Rayonun Qaleybuğurd kəndi istiqamətində hərəkətdə olan “Hyundai” markalı sərnişin avtobusu kənd ərazisindəki çayın məcrasındakı daşlıq və lillik əraziyə düşüb. Nəticədə avtobus hərəkətini davam etdirə bilməyib.

Hazırda sərnişinlərlə dolu mikroavtobusun ərazidən çıxarılması üçün tədbirlər görülür.

Məlumata görə, mikroavtobus turistləri gəzintiyə aparırmış.