Salyanda “Mercedes”lə qatar toqquşdu
1 min read

Salyanda “Mercedes”lə qatar toqquşdu

Salyan rayonunda qatarla “Mercedes-Benz” markalı minik avtomobili toqquşub.

Canlixeber.com xəbər verir ki, hadisə rayonun Arbatan kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qatarla toqquşan avtomobilə ziyan dəyib. Hadisə nəticəsində sürücü xəsarət almayıb.