Sabunçu rayonunda yanğın başlayıb
1 min read

Sabunçu rayonunda yanğın başlayıb

Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi “Şuşa şəhərciyi”ndə yerləşən obyektlərin birində yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.