“Sabah” və “Neftçi”nin oyunlarını hansı kanal yayımlayacaq?
Avrokuboklarda ölkəmizi təmsil edən “Sabah” və “Neftçi” klublarının gələn həftə keçirəcəyi oyunları yayımlayacaq telekanal müəyyənləşib.
Canlixeber .com xəbər verir ki, qarşılaşmalar İctimai TV-də canlı yayımlanacaq.
Bundan başqa, kanal Türkiyənin ən köklü klublarından “Fənərbağça”nın da növbəti turdakı oyununu tamaşaçılara təqdim edəcək.
28 iyul, saat 19:00
UEFA Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu
“KuPS” (Finlandiya) – “Sabah” (Azərbaycan)
29 iyul, saat 22:00
UEFA Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu
“Qurnik Zabje” (Polşa) – “Fənərbağça” (Türkiyə)
30 iyul, saat 21:00
UEFA Konfrans Liqası, II təsnifat mərhələsinin cavab oyunu
“Dinamo Minsk” (Belarus) – “Neftçi” (Azərbaycan)
