“Sabah” “Sportinq”in yetirməsi Rodriqo Fernandeşi heyətinə qatıb
1 min read

“Sabah” “Sportinq”in yetirməsi Rodriqo Fernandeşi heyətinə qatıb

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Portuqaliyalı oyunçu Rodriqo Fernandeş bundan sonra komandanın uğurları üçün çalışacaq.

25 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb. Fernandeş son olaraq “Şamaxı” klubunun formasını geyinib.

Portuqaliya təmsilçisi “Sportinq”in yetirməsi olan futbolçu bu klubun əsas və əvəzedici komandasında çıxış edib. O, həmçinin “Portu”nun əvəzedici komandasında da forma geyinib.