Sabah iki rayonda qaz kəsiləcək
1 min read

Sabah iki rayonda qaz kəsiləcək

İyulun 10-da Biləsuvar və Masallı rayonlarının bir neçə yaşayış məntəqəsində qazın verilişində fasilə yaranacaq.

Canlixeber.com xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat

Bildirilib ki, buna səbəb ​təmir-bərpa və payız-qış mövsümünə hazırlıq işləridir.

Belə ki, sabah saat 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Ovçubərə, Amankənd, Ağalıkənd, Yuxarı Cürəli, Dərvişli, Aşağı Cürəli, Əsgərəbad və Masallı rayonunun Bədalan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.