Şəmkirdə körpə qızdırmadan ölüb
1 min read

Şəmkirdə körpə qızdırmadan ölüb

Şəmkir rayonunda bir yaşlı körpə qızdırmadan ölüb.

Canlixeber.com xəbər verir ki, hadisə rayonun Dəllər qəsəbəsində baş verib.

Bədən hərarəti qalxan 2025-ci il təvəllüdlü oğlanı valideynləri ev şəraitində müalicə etmək istəyiblər. Bundan sonra körpənin qızdırması yüksəlib.

O, valideynləri tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar aparılır.