Şəkidə VAZ aşdı: Xəsarət alanlar var
Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, hadisə ötən gecə saat 01 radələrində rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb.
Sürücü idarə etdiyi VAZ-2107 markalı avtomobilə nəzarəti itirib və maşın yolun kənarına aşıb.
Hadisə nəticəsində Oğuz rayon sakinləri- 37 yaşlı Nurlan Elman oğlu Həsrətov, 37 yaşlı Musa Arzu oğlu Mirzəyev və 36 yaşlı Rahim Yaqub oğlu Salamov xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
