Rusiyada tanınmış məşqçini ayı parçaladı
1 min read

Rusiyada tanınmış məşqçini ayı parçaladı

Rusiyanın Tuva Respublikasında ayının hücumuna məruz qalan turist ölüb.

Canlixeber.com xəbər verir ki, bu barədə “İnterfaks”a respublikanın Dövlət Ov Nəzarəti İdarəsinin rəhbəri Artış Salçak məlumat verib.

“Sentyabrın 22-də moskvalı turistlərdən ibarət qrup Böyük Yenisey çayı ilə qayıqla dərin tayqaya doğru hərəkət edib. Onlar sahil boyu düşərgə qurublar. Günorta saatlarında qrupa ayı hücum edərək 60 yaşlarında bir kişinin üzünü ağır şəkildə dişləyib. Yaralı əvvəlcə qayıqla Toora-Xem kəndinə, daha sonra isə helikopterlə Kızıl şəhərindəki xəstəxanaya çatdırılıb. Təxminən iki saat əvvəl həmin şəxsin öldüyü barədə məlumat daxil olub”, – deyə Salçak bildirib.

Qurum rəsmisinin sözlərinə görə, səyahətçilər meşəyə girişlə bağlı qadağaya məhəl qoymayaraq tayqaya yollanıblar və özləri ilə çoxlu miqdarda qida ehtiyatı götürüblər. Hadisə yerinə ayını zərərsizləşdirmək məqsədilə ovçular, eləcə də polis əməkdaşları cəlb olunub.

“REN TV”nin yaydığı məlumata əsasən, ölən şəxs tanınmış hokkey məşqçisi Aleksandr Kuzmenkodur.