Rəcəb Tayyib Ərdoğandan Azərbaycana gözlənilən səfəri ilə bağlı açıqlama
1 min read

Rəcəb Tayyib Ərdoğandan Azərbaycana gözlənilən səfəri ilə bağlı açıqlama

“Noyabrın 8-də Azərbaycanın Zəfər Günü qeyd olunur. Mən də fövqəladə bir vəziyyət baş verməsə, 8 noyabrda Azərbaycana səfər etməyi düşünürəm”.

Canlixeber.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreya səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib:

“İnşallah, bu səfər vasitəsilə lazımi addımları atmaq imkanımız olar. Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışıqlarımız olub. Əlbəttə, bu arada həm kəşfiyyat rəisini, həm də xarici işlər nazirimi Azərbaycana göndərdim. Bununla yanaşı bu arada istər İlham Əliyevlə, istərsə də yoldaşlarımız arasında telefon diplomatiyası həyata keçirilib, həyata keçirilir.

Noyabrın 8-dəki Zəfər Gününə onlar da çox önəm verirlər. Hər zaman deyirəm, bizim Azərbaycanla münasibətlərimiz klassik diplomatik təmasların çox fövqündədir. İki ölkənin qopmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və inşallah, gələcəyimizin məhsuludur. Türkiyə və Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir əngəl yoxdur”.