BMT Azərbaycana xüsusi sertifikat təqdim etdi
Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Azərbaycan Respublikasına xüsusi sertifikat təqdim olunub.
Canlixeber.com xəbər verir ki, sertifikat bu gün keçirilən “Birləşmiş Millətlər Təşkilatının İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı tədbirdə təqdim edilib.
Qeyd edək ki, bunun səbəbi Azərbaycanın “ASAN xidmət” modelinin innovativ dövlət xidmətlərinin göstərilməsinə və Dayanıqlı İnkişaf Məqsədlərinin 16-cı məqsədinə nail olunmasına verdiyi töhfələr olub.
