Qubada usta faciəli şəkildə öldü
Qubada usta iş görərkən yıxılıb ölüb.
Canlixeber.com xəbər verir ki, hadisə avqustun 27-də saat 11 radələrində rayonun Dağlı kəndində baş verib.
Kənd sakini 1979-cu il təvəllüdlü Vahid Seyidbala oğlu Stalov kənddə yerləşən fərdi yaşayış evində təmir işləri görən zaman yüksəklikdən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
