Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü
Qubada 60 yaşlı kişi faciəli şəkildə ölüb.
Canlixeber.com xəbər verir ki, hadisə şəhərin SUM-12 yaşayış massivində baş verib.
Qəsəbə sakini, 1966-cı il təvəllüdlü İmran Ziyəddin oğlu Allahverdiyev yaşadığı fərdi evin həyətyanı sahəsindəki hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
