Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı
1 min read

Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı

Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib, üç nəfər xəsarət alıb.

Canlixeber.com xəbər verir ki, VAZ-21012 markalı minik avtomobili yolu keçmək istəyən 1976-cı il təvəllüdlü X.Civişovu vurub.

Hadisə zamanı avtomobildə olan 1974-cü il təvəllüdlü İ.Məmmədova və 1993-cü il təvəllüdlü G.Həmzəyeva da xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.