Qaxda dəhşətli qəza: 17 yaşlı sərnişin öldü, yaralılar var
Qax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, hadisə oktyabrın 6-da gecə saat iki radələrində qeydə alınıb.
Rayon sakini Kamran Məmmədovun “Opel” markalı avtomobili idarəetmədən çıxaraq əvvəlcə dirəyə, daha sonra divara çırpılıb. Nəticədə 17 yaşlı sərnişin E.Muxtarov ölüb, digər sərnişinlər 16 yaşlı Z.Şahmalıyev, 18 yaşlı Mürsəl Muxtarov, 20 yaşlı Şahmalı Abdulətif və 18 yaşlı Ərhan Əlizadə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.
