Qarşıdakı günlərdə gözlənilən hava şəraiti AÇIQLANIB
1 min read

Qarşıdakı günlərdə gözlənilən hava şəraiti AÇIQLANIB

Həftə sonunadək Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 20-si gündüzdən 21-i gündüzədək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu 29-33 dərəcə isti olacaq. Avqustun 22-23-də mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək və havanın maksimal temperaturunun 30-35 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 20-si gündüz şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntılı keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Avqustun 22-23-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.

Havanın maksimal temperaturu aran rayonlarında 33-38, dağlarda 20-25 dərəcə isti olacaq.

Məlumat üçün bildirmək istəyirik ki, avqust ayının 19-na kimi temperatur 17 gün normadan yüksək (0.4-5.2 dərəcə), 1 gün normadan 0.3 dərəcə aşağı olub. Ayın 9-da 5.2 dərəcə yüksək olub ki, bu zaman havanın maksimal temperaturu 38.6 dərəcə isti qeydə alınıb.