Qarabağ Universiteti yayılan iddialara aydınlıq gətirib
Qarabağ Universitetində idman müəllimi kimi fəaliyyət göstərdiyi iddia edilən Faiq Məmmədov adlı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məsələyə ali təhsil müəssisəsi aydınlıq gətirib.
Azərbaycan müəllimi xəbər verir ki, universitetdən mediada adı hallanan Faiq Məmmədovun Qarabağ Universitetində heç vaxt çalışmadığı və universitetlə hər hansı əməkdaşlığı olmadığı bildirilib:
“Hörmətli media nümayəndələrindən Qarabağ Universiteti ilə bağlı məlumatların dəqiqliyinin təmin olunması məqsədilə müvafiq hallarda universitetin İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlamalarını xahiş edirik”.
