Premyer Liqa: “Neftçi” avrokuboklara vəsiqəni təmin etdi
“Neftçi” cari mövsüm Misli Premyer Liqasında avrokuboklara vəsiqə qazanan sonuncu komanda olub.
Canlixeber.com xəbər verir ki, “ağ-qaralar” buna 33-cü turda səfərdə “Sabah” üzərində 1:2 hesablı qələbədən sonra nail olublar.
“Bank Respublika Arena”da son Azərbaycan çempionunun qonağı olan “flaqman”ın heyətində Andrey Ştoqrin (9) və İfeanyi Metyu (70) fərqləniblər. “Bayquşlar”ın qolunu isə Aleksey İsayev (3) vurub.
