Premyer Liqa klubumuz braziliyalı futbolçunun maaşını artırmadı, oyunçu ölkəni tərk etdi
1 min read

Premyer Liqa klubumuz braziliyalı futbolçunun maaşını artırmadı, oyunçu ölkəni tərk etdi

“İmişli” braziliyalı futbolçu Rafael Vieqaşı komandada saxlamaq istəyib.

Canlixeber.com İdmanxeber.az-a istinadən xəbər verir ki, rəhbərlik oyunçuya ötən yay olduğu kimi yenə də eyni şərtlərlə yeni müqavilə təklif edib, ancaq müdafiəçi bunu bəyənməyib.

O, maaşının artırılmasını tələb edib. Rəhbərlik isə futbolçunun əməkhaqqısını artırmaq niyyətində olmadığını bildirib.

Bu səbəbdən də tərəflər razılaşa bilməyiblər. Braziliyalı futbolçu komanda ilə vidalaşaraq artıq ölkəmizdən ayrılıb.

Xatırladaq ki, 32 yaşlı müdafiəçi mövsümün əvvəlində komandaya qoşulub. O, “İmişli” forması ilə 29 matçda çıxıb və bir qol vurub.