Paşinyan yenidən Ermənistanın Baş naziri təyin edildi
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının lideri Nikol Paşinyanı yenidən ölkənin Baş naziri təyin edib.
Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin rəsmi saytında dərc olunan fərmanda bildirilib.
Sənəddə qeyd olunub ki, Ermənistan Konstitusiyasının 149-cu maddəsinin birinci hissəsinə əsasən Nikol Paşinyan Baş nazir vəzifəsinə təyin edilib.
