Ötən həftə 925 yanğına çıxış olub, 10 nəfərin meyiti təhvil verilib
1 min read

Ötən həftə 925 yanğına çıxış olub, 10 nəfərin meyiti təhvil verilib

Ötən həftə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 925 yanğına çıxış və 42 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Canlixeber.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.


Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 12-si azyaşlı olmaqla 43 nəfər xilas edilib, 4-ü azyaşlı olmaqla 20 nəfər təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənib, 10 nəfərin meyiti təhvil verilib.