“Nizami” – “28 May” arasında avtobuslarda gediş haqqı nə qədər olacaq?
1 min read

“Nizami” – “28 May” arasında avtobuslarda gediş haqqı nə qədər olacaq?

Avqustun 15-dən Bakı metropoliteninin “Nizami” və “28” May” stansiyaları arasında fəaliyyət göstərəcək ekspress və digər sərnişin avtobuslarında gediş haqları hələlik müəyyən edilməyib.

Canlixeber.com xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bununla bağlı hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə danışıqlar aparılır:

“Nəqliyyatın yükü və məsafə araşdırılır, qiymətlərlə bağlı müəyyən işlər görülür. Avqustun 15-dək bu müzakirələr başa çatacaq və gediş haqları açıqlanacaq”.