Naxçıvanda fiziki qüsurlu uşaq faciəli şəkildə öldü
Naxçıvan Muxtar Respublikasında qüsurlu uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Canlixeber.com xəbər verir ki, hadisə iyunun 23-də axşam saatlarında Babək rayonunda baş verib.
Rayonun Şıxmahmud kənd sakini, yerimə qabiliyyətini itirmiş 2016-cı il təvəllüdlü oğlan yaşadığı evin həyətində əlil arabasında hərəkət edərkən ehtiyatsızlıqdan arabadan yıxılıb.
Hadisə nəticəsində ağır kəllə-beyin travması alan uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
