Minifutbol üzrə Avropa çempionatında qrup mərhələsi başa çatıb, pley-off cütləri dəqiqləşib
Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında qrup mərhələsinə yekun vurulub.
Canlixeber.com “Report”a istinadla xəbər verir ki, yarışın dördüncü günündə daha doqquz qarşılaşma baş tutub.
Matçlardan sonra pley-offa vəsiqə qazanan bütün komandalar dəqiqləşib.
A qrupu
Yunanıstan 1:1 Bosniya və Herseqovina
Slovakiya 1:2 Monteneqro
Xal durumu: Bosniya və Herseqovina – 5, Yunanıstan – 4, Monteneqro – 4, Slovakiya – 3.
B qrupu
Bolqarıstan 3:3 Çexiya
İsrail 2:7 Portuqaliya
Xal durumu: Çexiya – 7, Bolqarıstan – 5, Portuqaliya – 3, İsrail – 1.
C qrupu
Türkiyə 4:4 Belçika
Serbiya 1:1 Ukrayna
Xal durumu: Ukrayna – 7, Serbiya – 7, Türkiyə – 1, Belçika – 1.
D qrupu
Rumıniya 3:0 Gürcüstan
Xal durumu: Rumınya – 7, Gürcüstan – 4, İspaniya – 3, İngiltərə – 1.
F qrupu
Avstriya 5:0 İtaliya
Azərbaycan 3:2 Fransa
Xal durumu: Azərbaycan – 9, Fransa – 4, Avstriya – 3, İtaliya – 1.
Pley-off cütləri
Bosniya və Herseqovina – Macarıstan
Bolqarıstan – Fransa
Polşa – Gürcüstan
Ukrayna – Portuqaliya
Rumıniya – Avstriya
Yunanıstan – Serbiya
Çexiya – Monteneqro
Azərbaycan – Qazaxıstan.
