Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, hadisə A. Məmmədov küçəsində baş verib.
“Mercedes” və “Volkswagen” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər yaralanıb.
Müxtəlif bədən xəsarətləri alan Seyfəddin Mustafazadə, Turan Qiyasova və Rəhman Əhmədov xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır
