Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var
Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, hadisə zamanı VAZ-2107 və KIA markalı avtomobillər toqquşub.
Qəza nəticəsində VAZ-2107-nin sürücüsü, 25 yaşlı Pərviz Eyvazlı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
