Mingəçevirdə 5 yaşlı qızı maşın vurdu
Mingəçevirdə 5 yaşlı qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, şəhər ərazisində “Lexus” markalı avtomobil 5 yaşlı qızı vurub.
Hadisədən dərhal sonra sürücü və ətrafdakı vətəndaşların köməyi ilə yaralı uşaq xəstəxanaya çatdırılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
