Mingəçevir su anbarında batan balıqçının meyiti tapıldı
Mingəçevir su anbarında batan balıqçının meyiti tapılıb.
Canlixeber.com xəbər verir ki, Yevlax rayonu, Xanabad kənd sakini 1961-ci il təvəllüdlü Xaləddin Sabir oğlu Kərimov avqustun 26-da saat 7 radələrində Mingəçevir su anbarının Samux rayonu ərazisinə düşən hissəsində balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək boğulub.
Avqustun 28-də onun meyiti Mingəçevir su anbarından aşkar edilib.
Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma davam etdirilir.
