Lənkəranda narkotik tərkibli bitki yetişdirənlər həbs edildi
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Mirxas Abbasov, Elməddin Məmmədov və Şamil Kəlbiyev saxlanılıblar.
Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlardan aqrotexniki qaydada qulluq edilərək yetişdirdikləri 116 ədəd narkotik tərkibli kol aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
