Lökbatan-Qobu yolunda avtomobil AŞIB: Sürücü xəsarət alıb
Lökbatan-Qobu yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.
Canlixeber.com xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, hadisə bu gün saat 10:00-da Lökbatan-Qobu yolunun “Qobu Park” ərazisi yaxınlığında qeydə alınıb.
“2005-ci il təvəllüdlü Bəşir Elxan oğlu Sadıqov idarə etdiyi “Mercedes” markalı avtomobili yüksək sürətlə idarə etdiyindən döngədə idarəetməni itirib və avtomobil yolun sağ kənarındakı boş əraziyə aşaraq bir neçə dəfə çevrilib. Sürücü xəsarət alıb, əzilməsi var. Faktla bağlı araşdırma aparılır”.
