Lənkəranda dəmiryolu relslərini oğurlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb
Lənkəran rayonunda dəmiryolu ərazisindən relslər oğurlanıb.
Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinləri – 50 yaşlı A.İsayev, 53 yaşlı İ.Qəmbərov və 37 yaşlı N.Bayramov dəmiryolu relslərini kəsərək oğurlayan zaman hadisə yerində saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
