Lənkəranda açıq sahədəki yanğın SÖNDÜRÜLDÜ
Lənkəran rayonunun Separadi kəndi ərazisində açıq sahədə baş verən yanğın söndürülüb.
Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
“Yanğın baş verən əraziyə FHN-in Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi və ətraf ərazilərə keçməməsi üçün müvafiq tədbirlər görülüb, genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”, – deyə məlumatda bildirilir.
