Külək Bakıda iki nəfəri xəstəxanalıq etdi
Əlverişsiz hava şəraiti ilə əlaqədar iyulun 27-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə iki çağırış daxil olub.
Canlixeber.com xəbər verir ki, bu barədə barəsə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Məlumata görə, çağırış ünvanlarına təcili tibbi yardım briqadaları cəlb olunub.
Bildirilib ki, saat 07:55-də Səbail rayonu, Xəqani küçəsi ərazisindən daxil olan çağırış zamanı bir qadın Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib:
“Həmçinin saat 10:25-də Nizami rayonu, Atletlər kəndi ərazisindən qeydə alınan çağırış zamanı bir kişi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub”.
