Küçədə keçmiş arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxsin vəziyyəti açıqlandı
1 min read

Küçədə keçmiş arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxsin vəziyyəti açıqlandı

Bakının Nəsimi rayonunda küçədə keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən və özünü güllələyən Zaur Qəhrəmanovun vəziyyəti ağır olaraq qalır.

Canlixeber.com-un xəbərinə görə, Kliniki Tibbi Mərkəzdən bildirilib ki, iyulun 9-da baş verən hadisə ilə əlaqədar Kliniki Tibb Mərkəzə hospitalizasiya olunan 1983-cü il təvəllüdlü şəxsin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Gözün dağılmış yarası və kəllədaxili travma diaqnozları təyin edilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir.