Jurnalist vəsiqəsi üçün 20 manatlıq rüsum ləğv edildi
1 min read

Jurnalist vəsiqəsi üçün 20 manatlıq rüsum ləğv edildi

Azərbaycan Respublikasında media nümayəndələrinin fəaliyyətinə dəstək məqsədilə qanunvericilikdə mühüm maliyyə güzəşti nəzərdə tutulub.

Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Media haqqında” qanuna edilən son dəyişikliklərə əsasən, jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə tələb olunan ödəniş rəsmən ləğv olunub.

Qeyd edək ki, bu qərara qədər rəsmi jurnalist vəsiqəsinin əldə edilməsi və ya yenilənməsi üçün 20 manat məbləğində ödəniş tələb olunurdu. Dövlət başçısının imzaladığı son düzəlişlərlə qanunvericiliyin 70.1-ci maddəsindən həmin rüsum müddəası tamamilə çıxarılıb. Bununla da media işçiləri üçün vəsiqələrin tamamilə ödənişsiz əsaslarla verilməsi təmin edilib.