İsmayıllıda avtomobil küçədə yandı
1 min read

İsmayıllıda avtomobil küçədə yandı

İsmayıllı rayonunda avtomobil küçədə yanıb.

Canlixeber.com xəbər verir ki, hadisə rayonun Diyallı kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini Rəfael Nəsirova məxsus “Mercedes” markalı avtomobil küçədə yanıb.

Faktla bağlı araşdırma aparılır.