İşlədiyi mağazadan 10 min manat oğurlayan şəxs saxlanılıb
Xətai rayonu ərazisində yerləşən mağazalardan birindən 10 min manat pul vəsaiti oğurlanıb.
Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin mağazada çalışan əvvəllər məhkum olunmuş 32 yaşlı N.Qasımov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
